“İkinci qapıçı rolundan narazı deyiləm” – “Barselona”nın futbolçusu

“Barselona”nın qapıçısı Voyçex Şesnı “ikinci nömrə” rolunu və komanda üçün əhəmiyyətini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçu, hazırda əsas qapıçının ehtiyat oyunçusu olaraq komandada yer aldığını və bu rolu böyük fəxr hissi ilə yerinə yetirdiyini bildirib:

“Hazırda mən ehtiyat qapıçıyam və gözlənilməz bir hal baş verməsə, elə də qalacam. Mənim əsas vəzifəm Xuan Qarsiyanı matçlara ən yaxşı şəkildə hazırlamaqdır. O, inanılmaz potensiala malikdir və fiziki baxımdan artıq Avropanın elit səviyyəsinə daxil olub.

Mən bu rolu böyük qürurla yerinə yetirirəm, çünki yeni müqaviləyə imza atanda bildirdim ki, bunun üçün hazıram və bu roldan narazı deyiləm. Qarsiyanın yüksək səviyyəli təcrübəsi hələ yoxdur və onu qazanması üçün çalışmalıdır. Mən də ona sabitliyini qoruyaraq, oynamasına kömək etməyə çalışacam.

Hər üç gündən bir yüksək təzyiq altında oynamaq asan deyil. Bu, Qarsiyanın öyrənməli olduğu bir şeydir. Ümid edirəm ki, onun uğuruna öz töhfəmi verə biləcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button