
Dias “Barselona” ilə danışıqlar apardığını etiraf etdi
“Bayern”in vingeri Luis Dias Münhen klubuna keçməzdən əvvəl “Barselona” ilə danışıqlar apardığını etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı futbolçu bunu deyib:
“Bəli, yayda “Barselona” ilə müzakirələr apardım. Transfer pəncərəsi açıq olanda bu normal haldır, amma son qərarım üçün qətiyyən peşman deyiləm. “Bayern”də xoşbəxtəm, bu, əla klubdur”.
28 yaşlı futbolçu iyul ayında 70 milyon avroya “Liverpul”dan “Bayern”ə keçib. Onun Almaniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



