“Barselona”nın keçmiş futbolçusu “Monako”da
Fransa millisinin keçmiş üzvü Lüdovik Jüli “Monako” klubuna qayıdıb.
Komanda.az xəbər verir ki, sabiq hücumçu “Monako”nun B komandasının baş məşqçisi David Beşkuranın köməkçisi təyin olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Monako”nun B komandası Fransanın 4-cü divizionunda mübarizə aparır.
Jüli 1998-2004 və 2011-12-ci illərdə “Monako”da çıxış edib. O, iştirak etdiyi 264 oyunda 67 qol vurub. Jüli “Monako” ilə yanaşı, “Lion”, “Barselona”, “Roma” və PSJ kimi klubların da formasını geyinib. Sabiq hücumçu 17 dəfə də Fransa millisi ilə meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin