Sabiq futbolçu dünya çempionatının biletlərinin baha olmasından narazıdır

İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker 2026-cı il dünya çempionatı üçün bilet qiymətlərinin yüksək olmasından narazıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Biletlərin qiymətləri… Azarkeşlər üçün əlverişli olacaqmı? Dünya çempionatının böyük sevinci Braziliya, Argentina və digər ölkələrdən minlərlə azarkeşin stadionlarda olmasıdır. Bu qiymətlərlə bunu görəcəyikmi? Bu, məni narahat edir”.

2026-cı il dünya çempionatı üç Şimali Amerika ölkəsində – ABŞ, Kanada və Meksikada 11 iyun-19 iyul tarixlərində keçiriləcək. Dünya çempionatının hazırkı qalibi Argentina millisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button