Qvardiola istəyir – Azərbaycan millisinin rəqibinin müdafiəçisini
İngiltərənin “Mançester Siti” klubu müdafiə xəttini möhkəmləndirmək niyyətindədir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Vensan Kompaninin ayrılmasından sonra axtarışlara başlayan “şəhərlilər”, “İnter”in mərkəz müdafiəçisi Milan Skriniarı transfer etmək istəyir. Yay transfer pəncərəsi dövründə bu istəyinə çatmayan komandanın baş məşqçisi Pep Qvardiola, 24 yaşlı futbolçunun keçidində qətiyyətlidir. Mançester təmsilçisinin slovakiyalı futbolçu üçün qış fasiləsində yenidən hərəkətə keçəcəyi bildirilir.
Buna baxmayaraq, “İnter”in Antonio Kontenin rəhbərliyi altında “neradzurra”nın heyətində əsas rol oynamağa başlayan Slovakiya millisinin üzvünü itirmək niyyətində olmadığı da deyilir.
Slovakiya millisi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığması ilə birlikdə E qrupunda mübarizə aparır.
Bizi Facebook-da izləyin