“Neymar qış transfer dövründə də “Barselona”ya keçməyəcək” – Klub prezidenti

İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri PSJ-dən transfer etmək istədikləri Neymarla bağlı danışıb:

“Neymar qış transfer dövründə də “Barselona”ya keçməyəcək. Onun üçün danışıqlar aparmışdıq. Başqa klubların da maraq dairəsində olduğunu bilirdik. Onu transfer etmək üçün əlimizdən gələn hər şeyi etdik. O da etməsi lazım olan hər şeyi etdi, klubuna qərarını dedi. Amma o, bu il də PSJ-də oynayacaq. Neymar transfer dövründə təkcə “Barselona” ilə danışıqların aparılmasını istəmişdi, o, sadəcə bizdə oynamaq istəyirdi.

Bu, bir fürsət idi. Neymar möhtəşəm futbolçudur. Klubun idarə heyəti də onun geri qaytarılmasına razılıq vermişdi. Qış fasiləsində onun transferi üçün çalışmayacağıq, yeni mövsümdə isə planlarımıza baxacağıq. Neymarla 3-4 klub maraqlanırdı ki, bunlardan da biri “Real” idi. Şərtlər çətindir, PSJ də ən yaxşı təklifi gözləyir”.

Bartomeu, Lionel Messinin müqaviləsi və klubdakı karyerası haqqında da danışıb:

“Messinin klubla 2021-ci ilədək müqaviləsi var, amma son mövsümündən əvvəl müqaviləsinə xitam vermək haqqı var. Ancaq biz bundan narahat olmuruq. Messi uzun müddət burda oynamaq istəyir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button