
Azərbaycan – Ukrayna matçının biletləri satışa çıxarılıb
Futbol üzrə Azərbaycan və Ukrayna milli komandaları arasında keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyununun biletləri satışa çıxarılıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər kateqoriyalara uyğun olaraq 5, 7, 10, 20, 30 və 200 manatdır.
Azarkeşlər biletlər “itictek.az” saytından və satış mənqələrindən əldə edə bilərlər.
Azərbaycan – Ukrayna oyunu sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



