
“Mançester Yunayted”dən 76,5 milyon avroluq transfer – Rəsmi
“Leyptsiq”in hücumçusu Benjamin Şeşko rəsmi olaraq “Mançester Yunayted”in oyunçusu olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı forvard “qırmızı şeytanlar”la müddəti 2030-cu ilə qədər olan müqavilə imzalayıb.
Sloveniyalı futbolçunun transferi “Mançester Yunayted”ə 76,5 milyon avroya başa gəlib.
Bundan əlavə, İngiltərə klubu müqavilə şərtlərinə görə, daha 8,5 milyon avro bonus ödəyə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin