
Premyer Liqaya yeni yüksələn klub Eriksenə “elçi düşüb”
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Kristian Eriksen karyerasını “Bernli”də davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Mail Sport” məlumat yayıb.
Premyer Liqaya yeni yüksəlmiş “Bernli” artıq 33 yaşlı futbolçu ilə bağlı sorğu göndərib.
Eriksen hazırda azad agent statusundadır. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti bu yay başa çatıb.
Danimarkalı oyunçu İngiltərədə daha əvvəl “Tottenhem” və “Brentford”un formasını geyinib. O, ümumilikdə Premyer Liqada 310 oyuna çıxaraq, 55 qol vurub və 81 məhsuldar ötürmə ilə yadda qalıb.
“Bernli” 2024/25 mövsümündə Çempionşipdə 2-ci yeri tutaraq, Premyer Liqada iştirak hüququ qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin