
“Araz-Naxçıvan” bu gün Konfrans Liqasında ilk matçına çıxacaq
“Araz-Naxçıvan” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk matçına çıxacaq.
Komanda.az xəbər verir ki, Naxçıvan təmsilçisi Bakıda Yunanıstan klubu “Aris”lə üz-üzə gələcək.
“Dalğa Arena”da keçiriləcək və rumıniyalı referi Andrey Kivuletenin idarə edəcəyi qarşılaşma saat 20:00-da start götürəcək.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun
24 iyul
20:00. Araz-Naxçıvan (Azərbaycan) – Aris (Yunanıstan)
Baş hakim: Andrey Kivulete (Rumıniya)
Bakı, “Dalğa Arena”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



