“İnter” danimarkalı hücumçu ilə maraqlanır

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund “İnter”in maraq dairəsinə düşüb.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, danimarkalı futbolçu Milan təmsilçisinin yay transfer dövründə əsas hədəflərindən biri hesab olunur.

23 yaşlı hücumçu 2024/25 mövsümündə bütün turnirlərdə ümumilikdə 52 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Hoylundun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button