David Hili: “O qədər pulumuz olsaydı, Almeyda ilə Romeronu alardım”

Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi David Hilinin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaqları cavab oyunundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Hili, jurnalistlərlə görüşdə bunları deyib:

  • Bizi çətin oyun gözləyir. Hesab 1:3 olsaydı da, favorit rəqib olacaqdı. Sabahkı 90 dəqiqədən sonra nələrin olacağını görəcəyik.
  • Bakı təəssüratlarınız necədi?
  • Bakı gözəl şəhərdi. Qaldığımız otelin yanında gəzmək üçün imkanımız oldu. Müsbət təəssüratlarım var.
  • Sabah müdafiə futbolu oynayacaqsız?
  • Rəqib çox güclü komandadı. Ev oyunlarında da müsbət statistikaları var. Müdafiə olunmalı olacağıq. Nəticədən asılı olmayaraq, futbolçularımdan razı qalacağımı düşünürəm.
  • Hesabınızda 1 milyon funt-sterlinq olsaydı, bunun nə qədərini mərhələ keçməyinizə yatırardız?
  • UEFA qaydalarına əsasən, biz mərcə pul yatıra bilmərik. Favorit “Qarabağ”dı. 1 milyon funt-sterlinqim olsaydı, Riçard Almeydanı və ya Xayme Romeronu alardım.
  • “Linfild” mərhələ adlamasa, Şimali İrlandiyaya uçuş zamanı yata biləcəksiz?
  • Səfər oyunundan sonra adətən baş məşqçilər çox danışır. Sözsüz ki, səyahətimiz uzun olacaq. Mərhələ keçsək, bu səyahət daha yaxşı olacaq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button