Kyellini “Yuventus”a qayıtdı

İtaliya millisinin və “Yuventus”un keçmiş futbolçusu Corco Kyellini rəsmi olaraq Turin klubunda yeni vəzifə tutacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı sabiq müdafiəçi futbol strategiyası üzrə direktor təyin ediləcək. Mütəxəssisin yeni vəzifəsi idman siyasətinə və komandanın inkişafına daha dərindən cəlb olunmasını nəzərdə tutur. O, yeni işində iyunun 4-dən rəsmi olaraq baş menecer kimi fəaliyyətə başlayacaq və böyük Avropa təcrübəsinə malik tanınmış menecer Damien Komolli ilə birbaşa işləyəcək.

Kyellini 2005-2022-ci illərdə “Yuventus”da çıxış edib, lakin karyerasını bitirdikdən sonra klubla əlaqələrini kəsməyib.

2024/25 mövsümü “Yuventus” üçün qarışıq keçib. Komanda A Seriyasını dördüncü pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button