Fransa millisinin üzvü rəsmən “Fənərbaxça”da

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq “Marsel”də çıxış etmiş Adil Ramini transfer edib. 33 yaşlı müdafiəçi ilə 1+1 şərti ilə müqavilə imzalanıb.

Rami, karyerası ərzində “Lill”, “Milan”, “Sevilya” kimi klublarda forma geyinib. Müdafiəçi Fransa millisinin də üzvüdür. Rami, Fransa millisi ilə DÇ-2018-in qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button