Virts İngiltərə klubu ilə anlaşıb

Almaniya millisinin və “Bayer”in (Leverkuzen) futbolçusu Florian Virts karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “Liverpul”la anlaşıb.

Hazırda iki klub arasında transfer detalları üzrə danışıqlar aparılır. Virtsin dəyəri təxminən 140 milyon avro qiymətləndirilir.

Almaniyalı oyunçu 2024/25 mövsümündə Leverkuzen klubunun heyətində 45 oyunda iştirak edib, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button