ÇL: “Bu gün “Real” üçün yaradılıb”

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la cavab oyunu öncəsi mətbuat konfransında iştirak edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, ilk matçdan fərqli olaraq, daha yaxşı oyun göstərəcəklərinə inanır:

“Paltardəyişmə otağında nə deyirlər? “Geri qayıtmalıyıq”. Mən bunu milyon dəfə eşitmişəm, çoxlu videolara baxmışam… Bu, bizi çox motivasiya edir. Bu gün “Real” üçün yaradılıb. İnsanlar bu haqda bilirlər, əlavə etməyə bir şey yoxdur. Biz klubun tarixinə şanlı səhifə yazmaq istəyirik və bizi vacib bir gün gözləyir.

İlk oyunda göstərdiyimizdən daha çox şey göstərməliyik. Daha qətiyyətli oynamaq, oyunun nəyi tələb etdiyini daha yaxşı başa düşmək, keçidlərdə daha effektiv hərəkət etmək lazımdır. Biz daha yaxşı oynaya biləcəyimizi bilirik. İtirmək pisdir, amma ondan dərs çıxarmamaq daha da pisdir. Biz komandaya və öz qabiliyyətlərimizə inanmalıyıq”.

Londonda keçirilən ilk oyunda Madrid klubu 0:3 hesabı ilə məğlub olub. Cavab matçı bu gün keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button