Kompani istefaya göndərildi
Ötən mövsüm başa çatandan sonra İngiltərənin “Mançester Siti” klubundan ayrılaraq ölkəsinə qayıdan və “Anderlext”də oynayan-məşqçi kimi fəaliyyətə başlayan belçikalı futbolçu Vensan Kompaninin bu komandadakı işi uğursuz alınıb.
Komanda.az xəbər verir ki, yeni mövsümün əvvəlindəki uğursuz nəticələrə görə (4 oyuna cəmi 2 xal) klub rəhbərliyi onu məşqçilikdən azad edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Anderlext” Kompanini “Mançester Siti”nnin futbol akademiyasının sabiq rəhbəri Simon Deyvislə əvəz edib.
Amma belçikalı ulduz da komandada qalacaq. O, yalnız futbolçu kimi bu komandaya xidmət göstərəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin