MY 60 milyon avroluq transfer edə bilər

“Mançester Yunayted” bu yay “Atalanta”nın yarımmüdafiəçisi Edersonu transfer etməyə hazırlaşır.

Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, İtaliya klubu braziliyalı futbolçunu nə az, nə çox, 60 milyon avroya buraxmağa hazırdır.

Ederson özü də getməyə hazırdır, ona görə də, “Atalanta” ilə müqaviləsinin müddətini hələlik uzatmayıb. Onun uğrunda mübarizəyə “Mançester Siti” də qoşula bilər.

25 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button