Slot: “Van Daykın oyunundan tam razıyam”

“Liverpul”un baş məşqçisi Arne Slot müdafiəçi Vircil van Daykın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Van Daykın inanılmaz futbolçu olduğunu söyləyib:

“Van Daykla bağlı yeni müqavilə imzalanacağı təqdirdə danışacam. Onu deyə bilərəm ki, Vircilin oyunundan tam razıyam. O, inanılmaz futbolçudur, komandamız üçün çox önəmlidir”.

Niderlandlı müdafiəçinin “qırmızılar”la hazırkı müqaviləsi yayda başa çatacaq. O, bu mövsüm İngiltərə Premyer Liqasında 31 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button