“Qarabağ” “Linfild”ə ilk oyunda məğlub oldu
Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşıb. “Vindsor Park” stadionunda keçirilən qarşılaşmaya saat 22:45-də start verilib.
“Qarabağ”ın heyətində cəzalı Riçard Almeyda ilə Rahil Məmmədov “Linfild”lə qarşılaşmada forma geyinməyib. İtkilərə baxmayaraq, oyunda hesabı Ağdam klubu açıb. Amma qalan dəqiqələrdə 3 qol buraxan Azərbaycan çempionu meydanı məğlub tərk edib. “Qarabağ”ın gücü yalnız son saniyələrdə hesab arasındakı fərqi azaltmağa çatıb.
Komandalar arasındakı cavab oyunu avqustun 29-da keçiriləcək.
Avropa Liqası, pley-off mərhələsi, ilk oyun
22 avqust
Linfild – Qarabağ 3:2
Qol: Mark Stafford, 40. Şeyn Leyveri, 45+1; 75 – Faysal Rerras, 15. Maqaye Qeye, 90+3-pen.
Baş hakim: Sandro Şerer (İsveçrə)
Belfast. “Vindsor Park”.
Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 22 Ceymi Malqryu (k), 27. Endryu Mitçell, 31. Nayall Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern.
Baş məşqçi: David Hili.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov.
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.
Bizi Facebook-da izləyin