Azərbaycanlı futbolçuların komandaları yarımfinala buraxılmadı
Futbol üzrə Latviya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” bu mərhələdə RFS ilə qarşılaşıb. Futbolçumuzun komandası doğma meydanda keçirdiyi bu oyundan 1:2 hesabıyla məğlub ayrılıb və mübarizəni dayandırıb. Vüqar bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Latviyada legioner həyatı yaşayan digər azərbaycanlı futbolçu – Əli Şirinovun komandası “Dauqavpils” isə doğma meydanda “Yelqava” ilə üz-üzə gəlib. Bu oyun da azərbaycanlı futbolçunun komandasının 1:2 hesablı məğlubiyyətiylə bitib. Əlinin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin