
“Arsenal”ın futbolçusu mövsümü erkən başa vurdu
“Arsenal”ın müdafiəçisi Qabriel Maqalyayns zədə səbəbindən mövsümü erkən başa vurub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Premyer Liqanın 30-cu turunda “Fulhem”lə keçirilən matçda dizindən ciddi zədə alıb.
Yaxın günlərdə əməliyyat olunacaq braziliyalı oyunçu yalnız gələn mövsüm “topçular”a kömək edə bilər.
Maqalyayns cari mövsümdə İngiltərə çempionatında 30 oyunun 28-də əsas heyətdə meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



