
Adı “Real”la hallanan Alonsodan gələcəyi haqda açıqlama
Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso “Real”a keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis heç bir qərar vermədiyini deyib:
“Heç bir qərar vermədim. Bəli, keçən həftə İspaniyada idim, amma heç kimlə danışmadım. Son tarix yoxdur. Mən yalnız bu mövsümə diqqət yetirirəm, biz bunun əsas mərhələsindəyik”.
Əvvəllər Alonsonun “Real”la müqavilə imzalayacağı və orada hazırkı baş məşqçi Karlo Ançelottini əvəz edəcəyi bildirilmişdi.
“Bayer” 2023/24 mövsümündə Alonsonun rəhbərliyi altında Almaniya çempionatının qızıl medallarını, həmçinin ölkə kubokunu qazanıb. Onun komandası ötən il Avropa Liqasının finalçısı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



