Mütəxəssis Alvaresin sayılmayan penaltisi haqda: “Məndə bu videonun montaj edildiyinə dair şübhə var”

Videomontaj mütəxəssisi Aleks Soler “Atletiko”nun hücumçusu Xulian Alvaresin “Real”a qarşı keçirilən oyunda mübahisəli penaltisi ilə bağlı videoya münasibət bildirib.

Argentinalı futbolçunun zərbə zamanı topa iki dəfə toxunduğu üçün qolu hakimlər tərəfindən ləğv edilib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, mütəxəssis şəkil keyfiyyətinin zəif olduğunu bildirib:

“Mən redaktə edə bilərəm. Bu videoya baxanda mənə qəribə gəldi. Şəkil keyfiyyəti zəifdir və kölgələr yox olur. Mən bunu çox qəribə hesab edirəm. Heç bir məntiqi izahı yoxdur. Məndə bu videonun montaj edildiyinə dair bir şübhə var”.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” – “Real” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (4:2) “kral klubu” növbəti mərhələyə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button