
Xabi Alonso: “Çempionlar Liqasında səhv etmək olmaz”
Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Bayern”ə məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis qol vurmağa yaxın olduqlarını bildirib:
“Qol vurmağa yaxın idik. İlk qolu biz vura bilərdik. Amma qapımızda qol gördükdən sonra iş bizim üçün çox çətinləşdi. Çempionlar Liqasında səhv etmək olmaz və bizdə belə hallar çox idi. Oyunçularımın zəif oynadığını deyə bilmərəm. Bizdə sadəcə səmərəlilik çatışmırdı”.
İlk oyunda 3:0, səfərdə isə 2:0 hesabı ilə qalib gələn Münhen komandası Çempionlar Liqasının 1/4 finalında “İnter”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



