Azərbaycan çempionatları tarixində ilk

Azərbaycan çempionatları tarixində ilk dəfə iki komandanın şəxsi oyunlarındakı ümumi top fərqi 100-ü keçib.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ”la “Sumqayıt”ın görüşlərində qeydə alınıb.

İndiyədək 50 dəfə qarşılaşan komandaların matçlarında texniki nəticə nəzərə alınmamaqla Ağdam klubu 124, Sumqayıtın eyniadlı təmsilçisi 23 qola sevinib.

İki komanda arasında görüşlərdəki ikinci ən böyük fərq “Qarabağ”la “Şamaxı”nın qarşılaşmalarına məxsusdur. Ağdam təmsilçisi 68 topluq üstünlüyə malikdir – 114-46.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button