Osimhen İngiltərənin daha bir klubunun transfer siyahısındadır

“Napoli”nin hücumçusu Viktor Osimhen İngiltərənin daha bir klubunun diqqətini çəkib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” nigeriyalı futbolçunu heyətinə qatmaq istəyir. London klubu Osimheni yay transfer pəncərəsi üçün prioritet hədəf hesab edir. Futbolçunun “Napoli” ilə müqaviləsində təzminat məbləği 75 milyon avro nəzərdə tutulub.

Daha əvvəl mətbuatda “Mançester Yunayted”in hücumçunu transfer etməkdə maraqlı olduğu barədə məlumatlar yayılıb.

Osimhen bu mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edir. 26 yaşlı futbolçu Türkiyə klubunun heyətində 27 oyuna çıxıb, 20 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button