Kloze: “Mahirə demişəm ki…”

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Cənubi Koreyanın “Seul” klubuna keçmək niyyətində olan komandanın azərbaycanlı hücumçusu Mahir Emreliyə yenə də şans vermək istəyir.

Komanda.az xəbər verir ki, “Bild” nəşrinə danışan baş məşqçi Emreliyə qapıları bağlamadığını deyib:

“Mən onunla danışmışam və məşqlə bağlı ona heç bir narazılıq edə bilmərəm. Mahirə demişəm ki, o da hamı kimi özünü hər zaman sübut edə bilər. Ancaq bunu onun tərəfindən görməli və hiss etməliyəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button