
“Nürnberq”in Mahir üçün tələb etdiyi məbləğ məlum olub
Almaniyanın “Nürberq” klubunun baş məşqçisi Miroslav Kloze oynamaq şansı vermədiyi azərbaycanlı futbolçu Mahir Emreli haqda danışıb.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, baş məşqçi hər şeyin Mahirin özündən asılı olduğunu deyib:
“Onunla danışmışam. Məşqdə onu heç nəyə görə günahlandıra bilmərəm. Mahirə dedim ki, o da başqaları kimi istənilən vaxt oynamaq istədiyini göstərə bilər. Amma mən bunu sadəcə hiss etməliyəm”.
Emreli ilə maraqlanan Cənubi Koreyanın “Seul” klubu isə hələ ki, “Nürnberq”lə real danışıqlara başlamayıb. 2-ci Bundesliqa klubunun idman direktoru Joti Çatzialexio Mahirlə bağlı “Bild”-ə belə açıqlama verib:
“Hələ ki, sakitlikdir. Mahir hələ də bizim futbolçumuzdur və komanda ilə məşq edir. O, hər bir oyunçu kimi həftəsonu oynayıb-oynamayacağına qərar verməlidir”.
Xəbərdə qeyd edilib ki, “Nürnberq” Mahir üçün 500 min avro transfer qiyməti qoyub. Cənubi Koreya klubu isə hələlik “Nürnberq”ə bununla bağlı cavab verməyib.
Emreli artıq iki turdur ki, “Nürnberq”in oyunlarının iştirak ərizəsində yer almır.
Bizi Facebook-da izləyin