Mourinyo: “Komandamın oyunundan razı qaldım”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasında “Anderlext” ilə cavab pley-off matçından (2:2) sonra fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı komandasının oyunundan razı qaldığını bildirib:

“Komandamın oyunundan razı qaldım, ancaq fasilə zamanı bəzi düzəlişlər etməli oldum. Futbolçular hələ də öyrənməlidirlər ki, matçın gedişatı hər an dəyişə bilər. İkinci hissənin əvvəlində erkən qol vurmasaydıq, böyük problemlər yarana bilərdi”.

“Fənərbaxça”nın növbəti rəqibi bu gün keçiriləcək püşkatma zamanı müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button