
Mərkəzi oyunda heç-heçə
Futzal üzrə Yüksək Liqada 2-ci dövrəsinin sonuncu – 10-cu turunun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, turun bütün oyunları bu gün “Olimpik Star”da baş tutub.
Lider “Baku Fire” 4 xal qabaqladığı ən yaxın izləyicisi “Neftçi” İK ilə görüşdə xal itkisi ilə üzləşib. İkinci oyunda “Şuşa” autsayder “Yasamal Bakı” ilə qarşılaşdan çətin qələbə ilə ayrılıb. “Araz-Naxçıvan” isə U-19 ilə oyunda darmadağına sevinib.
Yüksək Liqa
10-cu tur
15 fevral
Baku Fire – Neftçi İK 3:3
Qollar: Henrike Soares, 6:18. Paulo Henrike, 32:16, Yaqo Henrike, 36:33 – Abdul Qafar, 12:19. Emil Həsənzadə, 38:22. Tofiq Mikayılov, 39:54-öz qapısına.
Şuşa – Yasamal Bakı 4:2
Qollar: İlham Alıyev, 2:42; 33:09. Sadeq Javiditabar, 20:20. Nüsrət Fərzəli, 24:27 – Qüdrət Qasımzadə, 13:07. Elmir Xəlilov, 39:52.
Araz-Naxçıvan – U-19 11:0
Qollar: Roman Adamov, 0:23; 3:02; 9:55. Amirhosseyn Rasuli, 1:53; 25:55; 36:13. Covanni, 7:50; 11:47. Nurlan Məmmədov, 16:59; 39:47. Ülvi Əliyev, 28:10.
Bizi Facebook-da izləyin