![](https://komanda.az/wp-content/uploads/2024/10/b31cc1a6-ae91-3e25-bd23-9d0c2a76ce93_850-780x470.jpg)
Vinisius narahatdır
“Real”ın hücumçusu Vinisius Junior Səudiyyə Ərəbistanına köçəcəyinə şübhə edir.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu transfer olacağı təqdirdə, imicinin zədələnəcəyindən narahatdır. Vinisius futbol nailiyyətləri əvəzinə pulu seçən oyunçu kimi etiketlənmək istəmir.
Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. “Real” onunla müqaviləni uzatmaq istəyir, ancaq hələlik yeni anlaşma ilə bağlı razılığa gələ bilməyib.
24 yaşlı forvard İspaniya çempionatının cari mövsümündə 17 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin