“Qarabağ” əsrin rekorduna imza atıb
“Qarabağ” Azərbaycan çempionatları tarixində 21-ci əsrin rekorduna imza atıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna “Səbail”ə 5:0 hesabı ilə qalib gəldiyi Premyer Liqanın 22-ci turunun oyununda nail olub.
75 dəqiqəsi qolsuz bitən görüşdəki bütün toplar hakimin final fitinə 15 dəqiqə qalandan sonraya təsadüf edib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bununla da ölkə çempionatları tarixində 21-ci əsrin rekorduna imza atıb. “Qarabağ” 5 və ya daha çox qol vurduğu görüşdə hesabı ən gec açan komanda olub. Ağdam təmsilçisi ilk topu 76-cı dəqiqədə vursa da, matçın sonunadək “5”ə çatıb.
Bunadək əsrin rekordu “Qəbələ”yə məxsus idi. “Qırmızı-qaralar” 2021/2022 mövsümündə “Səbail”lə qarşılaşmada 65-ci dəqiqədə hesabı açdıqdan sonra 5:0 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin