Mourinyo: “Mən öz oyunçularımla fəxr edirəm”
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo komandasının Avropa Liqasının ümumi mərhələsindəki çıxışını şərh edib.
Komanda.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı turnirin yeni formatının çətin olduğunu bildirib:
“Turnirin yeni formatı çətin oldu. Hər şey əvvəldən bizə qarşı idi. Biz həmişə tətbiqdə dəyişiklik edə bilmirdik və bütün yeni gələnləri oyuna daxil etmək olmur. Çoxlu zədələr və diskvalifikasiyalar olub. Nəticədə, komanda əla iş gördü, mən öz oyunçularımla fəxr edirəm”.
Mourinyonun komandası Avropa Liqasının ümumi mərhələsinin 8 turundan sonra turnir cədvəlini 24-cü pillədə başa vurub, pley-offda iştirak edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin