Flik oteldən çıxmayıb – “Real”la oyuna hazırlaşıb
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik qarşıdan gələn “el klasiko”ya hazırlaşır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı bütün həftəsonunu oteldə keçirib, onun məşqçi heyəti isə fürsətdən istifadə edib və Ciddə şəhərinin görməli yerlərini gəzib.
“Barselona” bazar günü İspaniya superkubokunun finalında “Real”la qarşılaşacaq. Səudiyyə Ərəbistanında keçiriləcək matçın start fiti saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin