Reşford fikrini dəyişməyib
“Mançester Yunayted”in hücumçusu Markus Reşford klubdan getməyə hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu son günlər planlarını dəyişməyib və “qırmızı şeytanlar”dan ayrılmağa hazırdır.
27 yaşlı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 15 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Avropa Liqasında da aktivində 6 oyun, 1 qol və 1 məhsuldar ötürməsi var.
Reşford İngiltərə Liqa kubokunda 2 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. O, son 3 matçda “Mançester Yunayted”in heyətində yer almayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin