Ana İndoneziyadan, ata Niderlanddan, həyat yoldaşı İraqdan

“Milan”ın yarımmüdafiəçisi Ticani Reyncers ailəsi haqqında danışıb.

Komanda.az “La Gazzetta Dello Sport”-a istinadən xəbər verir ki, niderlandlı futbolçu ailəsi və karyerası ilə fəxr etdiyini bildirib:

“Anam İndoneziyadan, atam Niderlanddandır, qardaşım və bacım var. Biz bir qarışığıq. Həyat yoldaşım İraqdandır. Beləliklə, oğlum Xavyerin damarlarında nə qədər dəli qan qarışığının axdığını özünüz təsəvvür edə bilərsiz. Niderland mədəniyyəti mənə həmişə ayaq üstə qalmağı və vəziyyəti ayıq şəkildə qiymətləndirməyi öyrətdi. İndoneziya tərəfdən gördüyüm isə, işdə çox israrlı olmağı öyrəndim. Ailəm və karyeramla fəxr edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button