Ərəblər “Mançester Yunayet”in hücumçusundan vaz keçmir
“Mançester Yunayted”in hücumçusu Markus Reşford hələ də Səudiyyə Ərəbistanı çempionatı klublarının marağındadır.
Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” ingilis futbolçunu 2025-ci ildə satmağa hazırdır.
Yüksək maaşlı futbolçuya çox iddialı yoxdur, ancaq Səudiyyə Ərəbistanı klubları hələ də onunla maraqlanır. Bununla belə, 27 yaşlı forvardın özü Avropada oynamaq istədiyini açıq şəkildə bildirib, ona görə də, ərəblərlə anlaşma mümkün deyil.
Reşford bu mövsüm 24 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin