Yamalı təhqir edən “Real” azarkeşləri cəza və cərimə ilə üzləşib
“Real” azarkeşləri “Barselona”nın hücumçusu Lamin Yamalı təhqir etdiyi üçün sanksiya ilə üzləşib.
Komanda.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
“Barselona” La Liqanın 11-ci turunda “Santyaqo Bernabeu”da “Real”ı darmadağın edib (4:0). Buraxılan üçüncü qoldan sonra bəzi azarkeşlər 17 yaşlı futbolçunu təhqir etməyə başlayıblar.
Noyabrın sonunda “kral klubu”nun üç azarkeşi saxlanılıb, onlardan biri azyaşlıdır.
İdmanda zorakılıq, irqçilik, ksenofobiya və dözümsüzlüklə mübarizə üzrə hökumət komissiyası iki azarkeşin 5000 avro cərimələnməsini və bir il müddətinə stadionlara buraxılmamasını təklif edib.
Rəqib oyunçulara qarşı irqçi təhqirlər səsləndirən daha iki azarkeşin 4000 avro cərimələnməsi təklif edilib. Onları bir illik qadağa da gözləyir.
Stadiondan kənarda polisin işinə müdaxilə edən və rəqib oyunçuları təhqir edən azarkeşlərin 3001 avro cərimə olunacağı ehtimal olunur. Onlara altı ay müddətinə stadionlara giriş qadağan oluna bilər.
Bizi Facebook-da izləyin