Narazı və narahat Donnarumma

PSJ-nin qapıçısı Canluici Donnarumma hazırkı vəziyyətdən məyus olub.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, Donnarumma UEFA Çempionlar Liqasının son matçında baş məşqçi Luis Enrikenin onu ehtiyat oyunçular skamyasında saxlamaq qərarından son dərəcə narazı olub. 25 yaşlı qolkiper komandadakı mövqeyindən narahatdır.

Parislilərin “Bayern” və “Tuluza”ya qarşı keçirdiyi son iki matçda qapıda rusiyalı qolkiper Matvey Safonov dayanıb. Donnarumma isə ehtiyat oyunçular skamyasında qalıb.

PSJ-nin çalışdırcısı Donnarummanın bacarığına arxayın deyil, ona görə də, onu əsas heyət oyunçusu kimi görmür. İtaliyalı qapıçının klubla müqaviləsinin uzadılması sual altındadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button