“Qızıl oğlan” mükafatının sahibi bəlli olub
“Qızıl oğlan” (Golden boy) mükafatını “Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal alacaq.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, bu mükafat ilin ən yaxşı gənc oyunçusuna verilir. Yamal nüfuzlu fərdi mükafatı bu gün – noyabrın 27-də alacaq.
17 yaşlı futbolçu bu mövsüm 12 matçda iştirak edib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.
“Qızıl oğlan” mükafatının sahibi ötən il “Real”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin