“Marmuşun transferini heç bir klubla müzakirə etmirik”

Frankfurt “Ayntraxt”ının idman direktoru Timmo Hardunq hücumçu Ömər Marmuşun “Liverpul”a potensial satışı ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi “Liverpul”la Marmuşa görə heç bir əlaqalərinin olmadığını bildirib:

“Liverpul”la Ömərə görə heç bir əlaqəmiz, danışıqlarımız və müzakirələrimiz olmayıb. Oradan bəzi adamları tanıyıram, amma indi heç nə yoxdur. Biz onun transferini heç bir klubla müzakirə etmirik”.

Misirli futbolçu cari mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq həmyerlisi Məhəmməd Salahın gələcək varisi hesab olunur.

Marmuş Bundesliqada 11 matçda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button