Flik Yamala görə tələsmir

“Barselona”nın çalışdırıcısı Hans-Diter Flik Lamin Yamalı meydana qaytarmağa tələsmir.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Flik, ispaniyalı yarımmüdafiəçinin sağlamlığını riskə atmaq niyyətində deyil. O, onu yalnız tam sağaldıqda və optimal formada olduqda meydana buraxacaq.

17 yaşlı futbolçu topuğundan aldığı zədə səbəbindən “Barsa”nın son iki matçını buraxıb. O, zədəsini hələ də sağaltmayıb, ona görə də, UEFA Çempionlar Liqasının “Brest”lə qarşıdakı oyununda iştirakı demək olar ki, istisna olunur.

Yamalın start heyətində yer almadığı vaxtda “Barselona” La Liqanın son 3 matçında cəmi bir xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button