Osimhen “Qalatasaray”da qalmaq istəyir
“Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin forvardı Viktor Osimhen daimi olaraq Türkiyə klubunda qala bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu karyerasını davam etdirmək üçün bu variantı düşünür.
Osimhen yerli azarkeşlərin sevimlisinə çevrildiyi İstanbulda rahat oynayır. Klub da öz növbəsində onu saxlamaq üçün hər cür səy göstərməyə hazırdır.
25 yaşlı hücumçu cari mövsümdə 9 matçda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Napoli” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin