Mourinyonun cəzası açıqlandı
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Komanda.az xəbər verir ki, qurum portuqaliyalı mütəxəssisi 1 oyunluq diskvalifikasiya edib. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
Mourinyo Super Liqanın 11-ci turunun “Trabzonspor”la matçından sonra azarkeşlərə jestlər edib, həmçinin hakimlər barədə sərt ifadələr işlədib. Portuqaliyalı məşqçi həmçinin, 958 min TL cərimə olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin