“Real” narazıdır – “Qızıl top”a görə

Dünən “qızıl top”un təqdimetmə mərasimi keçirilib.

Mükafatın qalibi “Mançester Siti”də çıxış edən ispaniyalı yarımmüdafiəçi Rodri Hernandes olub.

Komanda.az “Defensa Central”-a istinadən xəbər verir ki, “Real” bu qərardan narazıdır, çünki onlar Vinisius Juniorun qələbəsini gözləyirdilər.

“Kral klubu”nun rəhbəri Florentino Peres hesab edir ki, son seçimə UEFA prezidenti Aleksander Çeferin müdaxilə edib. Buna səbəb “Real”ın UEFA-nın mövqeyinə zidd olaraq Avropa Super Liqasının yaradılmasının tərəfdarı olmasıdır.

Yekun səsvermədə Rodri birinci, Vinisius ikinci, Çud Bellingem üçüncü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button