“İspan futbolunu çox sevirəm” – “Qızıl top”un sahibi

İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Ernandes “qızıl top”u aldıqdan sonra gələcəyi haqda danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu La Liqanın daim inkişaf etdiyini bildirib:

“İspaniya çempionatına qayıdıram? Buna hələ cavab verə bilmərəm. Amma ispan futbolunu çox sevirəm. La Liqa daim inkişaf edir. İndi Premyer Liqada oynayıram, burada hər şey mənə yaraşır. Amma ümid edirəm ki, bir gün vətənə qayıdıb, orada yenidən oynaya biləcəm. Bu, mənim evimdir”.

Rodri İspaniya çempionatında “Vilyarreal” və “Atletiko”da çıxış edib. O, 2019-cu ildən “Mançester Siti”nin rənglərini qoruyur, müqaviləsi 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button