Ukraynalı futbolçu İngiltərədəki ilk dövrlərini yada saldı

“Arsenal”da çıxış edən müdafiəçi Oleksandr Zinçenko Premyer Liqada əsas heyət oyunçusu kimi müqavilə bağladığı ilk vaxtlardan danışıb.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, ukraynalı futbolçu ilk olaraq gənclər komandası ilə müqavilə əsasında oynadığını bildirib:

“Mən ilk olaraq gənclər komandası ilə müqavilə əsasında oynamışam. Mənə nə vaxt tam müqavilə təklif olundu? O vaxt mən Premyer Liqada 40-dan çox oyun keçirmişdim və artıq iki çempionluq titulunu qazanmışdım”.

Zinçenko 2016-cı ildə “Mançester Siti” ilə müqavilə bağlayaraq İngiltərəyə köçüb. O, “şəhərlilər”lə birlikdə 4 dəfə Premyer Liqanın çempionu olub.

27 yaşlı müdafiəçi 2022-ci ildən “Arsenal”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button