“Mançester Yunayted” Xavi ilə danışıqlara başlayıb
“Mançester Yunayted” komandanın baş məşqçisi Erik ten Haqın istefasını düşünür. Komanda niderlandlı mütəxəssisin rəhbərliyi altında mövsümün ilk yarısında uğursuz çıxış edir.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas namizədi əvvəllər “Barselona”da çalışmış ispaniyalı mütəxəssis Xavidir. O, hazırda işsizdir. İngilislər artıq Xavinin agenti ilə danışıqlara başlayıblar.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 12 turunun nəticələrinə əsasən 11 xal toplayıb və turnir cədvəlində 12-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin