İngilis olmayan üçüncü baş məşqçi

Tomas Tuxelin bu gün İngiltərə millisinin yeni baş məşqçisi olacağı rəsmən açıqlanıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis İngiltərə yığmasını dərhal deyil, növbəti təqvim ilinin əvvəlindən qəbul edəcək.

Tuxel tarixində ingilis olmayan üçüncü İngiltərə millisi məşqçisi olacaq. Belə ki, o, daha əvvəl Sven-Yoran Eriksson və Fabio Kapellonun daxil olduğu qısa siyahıya qoşulub.

Li Karsli noyabrda müvəqqəti olaraq İngiltərə millisi ilə işləməyə davam edəcək. O, UEFA Millətlər Liqasının cari mövsümünün əsas hissəsini komanda ilə başa vuracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button